“Son 10 ildə təbii fəlakətlər 410 mindən çox insanın həyatına son qoyub”
https://azeri.sahartv.ir/news/dünya-i372481-son_10_ildə_təbii_fəlakətlər_410_mindən_çox_insanın_həyatına_son_qoyub
BMT-nin Baş katibi: “Son 10 ildə təbii fəlakətlər 410 mindən çox insanın həyatına son qoyub”
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 25, 2021 15:49 Asia/Baku
  • “Son 10 ildə təbii fəlakətlər 410 mindən çox insanın həyatına son qoyub”

BMT-nin Baş katibi: “Son 10 ildə təbii fəlakətlər 410 mindən çox insanın həyatına son qoyub”

SəhərəAzəri APA-ya istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş İqlim Dəyişikliyinə Uyğunlaşma Zirvəsində çıxışında bildirib.

O deyib ki, dünya iqlim dəyişikliyi ilə bağlı misli görünməmiş hadisələrə şahid olur.

“Dünya Meteoroloji Təşkilatının məlumatına görə, son 50 ildə 11 mindən çox təbii fəlakət baş verib ki, bunlar da hava, iqlim dəyişikliyi və su faktorları ilə bağlıdır. Son 10 ildə belə fəlakətlər 410 mindən çox insanın ölümünə səbəb olub. Bu ölüm hallarının əksəriyyəti aşağı və orta gəlirli ölkələrdə qeydə alınıb”, - deyə Baş katib qeyd edib.

A. Quterreş baş vermiş təbii fəlakətlərlə əlaqədar 3,6 trilyon ABŞ dolları xərcləndiyini vurğulayıb.