İsveçrəli pilotlar qatar sürməyə üz tutublar
Koronavirus pandemiyası aviasiya sənayesinə dağıdıcı təsir göstərib və yüzlərlə təyyarənin istifadəsiz hala gəlməsinə səbəb olub. Elə buna görə, İsveçrə pilotlarının çoxu başqa variantlar axtarmaq, o cümlədən qatar sürücüsü kimi fəaliyyət göstərmək məcburiyyətində qalıblar.
SəhərAzəri xəbər verir, Fransada "Şarl De Qoll" hava limanının işçiləri koronavirusun yayılması səbəbindən işsiz qalıblar. Baxmayaraq ki, keçən il Fransada "Şarl De Qoll" hava limanı ən izdihamlı hava limanlarından biri idi, amma hazırda koronavirus səbəbindən bu aeroportun işçilərindən çoxu işini itirib. Aeroportun terminalları boşdur. Marketlər və restoranlar bağlıdır. Hətta hava nəzarət cihazları da söndürülüb. Normalda "Şarl de Qoll" hava limanında 90 min nəfər işləyirdi.
Həmçinin, bu hava limanı işçilərinin maaşları 8 faiz azalıb, işçilərin bir çoxu isə iş saatlarının azalması ilə üzləşib. Koronavirus, həmçinin taksi sürücülərinin və hətta sərnişinlərin əşyalarını daşıyan sadə fəhlələrin gəlirlərinə də mənfi təsir göstərib.