Quterreş: Dünya iki yerə bölünə bilər
https://azeri.sahartv.ir/news/dünya-i372491-quterreş_dünya_iki_yerə_bölünə_bilər
ABŞ və Çinin dominantlığı ucbatından dünyanın iki yerə bölünməsi təhlükəsi var.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 26, 2021 07:24 Asia/Baku
  • Quterreş: Dünya iki yerə bölünə bilər

ABŞ və Çinin dominantlığı ucbatından dünyanın iki yerə bölünməsi təhlükəsi var.

SəhərAzəri Dəyərlərə.org-yə istinadən xəbər verir ki , bunu BMT Baş katibi Antonio Quterreş Davos Dünya İqtisadiyyat Forumunda çıxışı zamanı deyib.

“Məni böyük bölünmə imkanları qorxutmağa davam edir. Dünya Yerin iki nəhəng iqtisadiyyatının rəhbərliyi altında iki yerə parçalanacaq. İki fərqli dominant valyuta formalaşacaq. Həmçinin onların ticarətdə öz qaydaları, öz internetləri, öz geosiyasi və hərbi strategiyaları olacaq”, - deyə o bildirib.