ABŞ Səudiyyə Ərəbistanı və BƏƏ-yə silah satışını dayandırıb
ABŞ prezidenti Co Baydenin administrasiyası Səudiyyə Ərəbistanına və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) silah satışını müvəqqəti olaraq dayandırıb.
SəhərAzəri xəbər verir, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Məlumatda yeni hökumətin, keçmiş prezident Donald Trampın dövründə təsdiqlənmiş yüksək dəqiqlikli silahların, o cümlədən F-35 qırıcılarının və idarə olunan bombaların ərəb ölkələrinə satışı barədə qərarı yenidən gözdən keçirəcəyi bildirilir.
ABŞ rəsmiləri "Wall Street Journal"a bildiriblər ki, sabiq rəhbərliyin silah müqavilələrinin yeni rəhbərlik tərəfindən nəzərdən keçirilməsi qeyri-adi bir hal deyil və bu razılaşmaların bir çoxu araşdırmalar son çatdıqdan sonra yenidən icra olunacaq.
Tramp administrasiyasının tənqidçilərinin fikrincə, Vaşinqton BƏƏ ilə sionist rejim arasında münasibətlərin normallaşmasından sonra silah müqaviləsini icra etməkdə tələsib və müqavilənin mənfi nəticələrinin qarşısının alınması üçün lazımi məlumatı verməkdən imtina edib.
Tramp karyerasının son aylarında yeni silah satışlarına, o cümlədən BƏƏ-yə F-35 qırıcı təyyarələrinin və Səudiyyə Ərəbistanına idarə olunan bombaların satışlarına razılıq verib.
Səudiyyə Ərəbistanı və BƏƏ Qərb silahlarından Yəmənin məzlum xalqını qırğın etmək üçün istifadə edirlər.
Beynəlxalq təşkilatlar və insan haqları təşkilatları dəfələrlə ABŞ, İngiltərə və Fransanı, habelə təcavüzkar səud koalisiyasını dəstəkləyən digər ölkələri Səudiyyə Ərəbistanı və BƏƏ-yə silah ixracatını dayandırmağa çağırıblar.