Yan 28, 2021 11:33 Asia/Baku
  • ABŞ-da böhran; Koronavirusa yoluxanların sayı 26 milyon nəfəri keçibdir.

"Worldometers" informasiya portalının məlumatına görə, ABŞ-da koronavirusa yoluxanların sayı 26 milyon nəfəri keçibdir.

SəhərAzəri "Worldometers" informasiya portalına istinadən xəbər verir ki, ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 26 milyon 116 min 824 nəfərə çatıb, onlardan 438 min 246 nəfəri həyatını itirib.

Hazırda ABŞ-da hər dəqiqədə ən azı iki nəfər koronavirusdan həyatını itirir.

ABŞ-ın yeni prezidenti Co Bayden ötən həftə ölkəsində koronavirus böhranının daha da pisləşəcəyini bildirib və deyib: "Yaxın iki ayadək ABŞ-da bu virusdan ölənlərin sayı 500 min nəfəri keçə bilər.

ABŞ hazırda koronavirusa yoluxma və bu virusdan ölüm hallarına görə, dünyada liderdir.

Digər ölkələrdən daha gec koronavirus testlərinə başlayan ABŞ bu ölümcül virusa yoluxanların sayının çox olması səbəbindən tibbi təchizatların kəskin çatışmazlığı ilə üz-üzədir.

Səhiyyə mütəxəssisləri Trampın rəhbərlik etdiyi ABŞ-ın sabiq hökumətinin yetərsiz fəaliyyətini ölkədəki koronavirus böhranının dərinləşməsinin əsas amili kimi göstərirlər.

Teqlər