Amerikalı veteranlar konqresə hücum edən amillər arasında olublar
Konqresə hücumda çoxlu sayda Amerika veteranı iştirak edib.
SəhərAzəri xəbər verir ki, CNN telekanalı xəbər verib ki, bu telekanalın araşdırmalarına əsasən, doqquz amerikalı veteranın konqresə hücumda rolu olub.
Co Biqqs həmin şəxslərdəndir. O, «Proud Boys» adlı zorakı qrupun amillərindən biridir.
Faktlar göstərir ki, Biqqs konqresə hücumda və ictimai əmlakın dağıdılmasında çox sayda iğtişaşçını istiqamətləndirməkdə məsuliyyət daşıyıb.
Bir məhkəmə hakimi bildiribdir ki, Biqqs ev dustaqlığına məhkum edilə bilər.
Mayami sakini olan Qabriel Qarsiya da yanvarın altısında Amerika konqresinə hücum edən digər bir veterandır. O, hətta 2020-ci ildə ştat seçkilərinə namizəd də olub, lakin seçkiləri uduzubdur. Onun təsvirləri konqresə hücum kadrlarında mövcuddur.
Rayan Nikols da konqresə hücumda iştirak etmiş şəxslərdəndir. Texas sakinidir.
Donald Tramp öz prezidentliyi dövründə ekstremist sağçıları və ağ irqin üstünlüyü tərəfdarlarını dəstəklədi.
O, prezident seçkilərinin nəticəsinə etirazdan sonra «Proud Boys» qrupunun ekstremist sağçılarını hazır vəziyyətə gətirdi.
Amerika ordusu bu hadisədən sonra ekstremist hərbçilərin üzə çıxarılmasını öz gündəminə gətirdi.
Trampın tərəfdarlarının onun təhriki ilə konqresə hücumu Amerikada nadir bir olay kimi qələmə verilir. Bu hadisə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə və hərbçilərin konqres binasında yerləşdirilmələrinə gətirib çıxardı.
Bu tədbirlər hələ də davam edir və təhlükəsizlik rəsmiləri hərbçilərin iştirakının daha bir neçə həftə davam etməsini və konqresin ətrafında yaradılmış hasarın və maneələrin həmişəlik olaraq orada qalmasını istəyirlər.