Makronun Rusiyaya səfərinə hazırlıq gedir
https://azeri.sahartv.ir/news/dünya-i372751-makronun_rusiyaya_səfərinə_hazırlıq_gedir
Fransa prezidenti Emmanuel Makronun Rusiyaya səfərinə hazırlıq gedir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 01, 2021 10:38 Asia/Baku
  • Makronun Rusiyaya səfərinə hazırlıq gedir

Fransa prezidenti Emmanuel Makronun Rusiyaya səfərinə hazırlıq gedir.

SəhərAzəri APA-ya istinadən xəbər verir ki, bunu Fransanın Rusiyadakı səfiri Pyer Levi “Ria novosti”yə müsahibəsində bildirib.

Səfir Makronun səfərinin hələlik konkret tarixinin məlum olmadığını qeyd edib.

Kremlin mətbuat katibi Dmitri Peskov da Fransa prezidentinin Rusiyaya səfərə hazırlaşması barədə xəbərə münasibət bildirib.

Kremlin sözçüsü Makronun səfəri ilə bağlı hələlik konkret tarixin olmadığını təsdiqləyib: “Lakin siz bilirsiniz ki, Putin və Makron olduqca intensiv dialoqu dəstəkləyirlər”.