Nyu-Yorkda koronavirus peyvəndinin vurulmasında irqi ayrı-seçkiliyə yol verilir
Nyu-York meri Bill De Blasio ABŞ-ın bu şəhərində koronavirus peyvəndinin vurulmasında irqi ayrı-seçkiliyə yol verildiyini təsdiqləyib.
SəhərAzəri xəbər veri ki, De Blasio deyd edib ki, ağdərililər və əslən Asiyadan olan vətəndaşlara nisbətən qaradərili və latın əsilli vətəndaşlar daha az koronavirus vaksini alıblar.
ABŞ-da koronavirusa qarşı vaksinasiyada ağdərililər və qaradərililər arasında dərin üçürüm vardır.
ABŞ-da koronavirus peyvəndinin qeyri-bərabər paylanması ilə bağlı narahatlıqlar artıb.
Zəngin insanlar xəstəxanalara minlərlə dollar maliyyə yardımı etməklə digərlərindən daha erkən peyvən olmağa çalışırlar.
ABŞ-da koronavirusun yayılması ilə qaradərililərə və rənglidərililərə qarşı ayrı-seçkiliklə bağlı çox sayda məlumat yayılıb.
Məlumatlara əsasən, ABŞ-da müalicə mərkəzləri qaradərililərə tibbi xidmət göstərməkdən imtina edirlər.