Dünyada COVID-19 əleyhinə peyvənd edilənlərin sayı 100 milyonu ötüb
Fev 02, 2021 12:01 Asia/Baku
Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiyanın başlandığı 64 ölkədə ümumilikdə 101 milyondan çox insana peyvənd vurulub.
SəhərAzəri xəbər verir, bu barədə “Bloomberg”in əldə etdiyi məlumatlar əsasında hazırladığı infoqrafikada qeyd olunub.
Bildirilib ki, tarixin ən böyük vaksinasiya kampaniyası çərçivəsində son göstəricilərə əsasən, gündəlik təqribən 4,25 milyon nəfər COVID-19 əleyhinə peyvənd edilib.
ABŞ-da vaksinasiyanın başlandığı 14 dekabr 2020-ci il tarixindən etibarən 32,8 milyondan çox insana peyvənd vurulub ki, bu da əhalinin təxminən 10 faizi edir. Hazırda ABŞ-da gündəlik 1,34 milyon nəfər peyvənd olunur.
Kütləvi vaksinasiya proqramı çərçivəsində Çində 24 milyon, Avropa İttifaqında 12,7 milyon, Britaniyada 9,7 milyon nəfərə peyvənd vurulub.