Çinli politoloq: “ABŞ-ın dağılması, Britaniyanın dağılması kimi olacaq”
https://azeri.sahartv.ir/news/dünya-i372812-Çinli_politoloq_abŞ_ın_dağılması_britaniyanın_dağılması_kimi_olacaq
Çinli politoloq Yan Xuetonq ABŞ-ın dağılma prosesinin Böyük Britaniyanın dağılması kimi olacağını qeyd edərək, zamanla bütün imperatorluqların dağıldığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 02, 2021 10:16 Asia/Baku
  • Çinli politoloq: “ABŞ-ın dağılması, Britaniyanın dağılması kimi olacaq”

Çinli politoloq Yan Xuetonq ABŞ-ın dağılma prosesinin Böyük Britaniyanın dağılması kimi olacağını qeyd edərək, zamanla bütün imperatorluqların dağıldığını bildirib.

SəhərAzəri Sputnik-ə istinadən xəbər verir ki, Çinin Pekin şəhərindəki Tsinghua Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun dekanı olan Yan Xuetonq, “Der Spiegel” jurnalına açıqlamasında, ABŞ-ın mümkün dağılma prosesini qiymətləndirib.

O, ABŞ-ın dağılma prosesinin Britaniya imperatorluğunun parçalanma ssenarisinə uyğun olaraq baş verəcəyini qeyd edərək, belə danışıb: “Birləşmiş Krallıq uzun müddət dünyanın ən böyük gücü idi, dağılması uzun çəkdi, on illərlə davam etdi”.

ABŞ-dakı bu prosesdən təəccüblənmədiyini qeyd edən çinli politoloq, belə davam edib: “Zamanla bütün imperatorluqlar dağılır, buna görə də növbəti minilliklərdə heç nə dəyişməyəcək. Böyük dövlətlər 3 mərhələdən keçir: yüksəliş, durğunluq və çöküş”.

Yan, həmçinin gələcəkdə Çin ilə ABŞ arasındakı cəbhələşmənin texnoloji üstünlük arzusu üzərində qurulacağını bildirib.