Fev 02, 2021 18:21 Asia/Baku
  • “Cənnət Xanımı” filminə etiraz olaraq Şiə və sünni İslam mərkəzlərinə məktub göndərilib

İran İslam Respublikasının Londondakı səfiri, Britaniyadakı şiə və sünni İslam mərkəzlərinə, Həzrət Fatime-i Zəhranın (s.ə.s.) həyatı ilə bağlı çəkilən filmi qınayaraq etiraz məktubun göndərilməsini açıqladı.

SəhərAzəri xəbər verir ki, İran İslam Respublikasının Britaniyadakı səfiri "Həmid Bəidi Nejad" (bazar ertəsi) günü bir tvitdə yazıb: Britaniyadakı şiə və sünni İslam mərkəzlərinə göndərilmiş bu məktubda Londonda azğın bir cərəyan tərəfindən dini nifrət yaratmaq niyyəti ilə hazırlanan Həzrət Fatimənin (s.ə) həyatından bəhs edən son film qınanıb.

 O Əlavə edib: "Bütün İslam mərkəzlərindən filmi qınamaları və İngiltərədə yayılmasının qarşısını almaq üçün qanuni tədbirlər görmələri istənilib."

Demək lazımdır ki, Pakistandakı bir sıra tanınmış sünni liderlər və alim də bu ölkənin şiə ruhaniləri ilə birlikdə "Cənnət xanımı" filminin, İslam dünyası yekdilliyinə qarşı düşmənlərin son sui-qəsd planı olaraq, çəkilməsinə etiraz edərək İslam dünyasının, xarici qüdrətlərin təfriqə xarakterli planları qarşısında ayıq-sayıq olmasına təkid ediblər.

Xatırladaq ki, "Cənnət Qadını"filmi Küveyt əsliyyətli Yasser Habib tərəfindən yazılıb və İngilis dəstəyi ilə çəkilib.

 

 

Teqlər