Fev 03, 2021 14:37 Asia/Baku
  • Makron koronavirusla mübarizədə aciz qalıb

Fransa prezidenti və hökumətinin koronavirusla mübarizədə aciz qalması bu ölkə xalqının kəskin narazılığına səbəb olub.

SəhərAzəri xəbər verir ki, İRİB-in məlumatına görə, Fransada xüsusilə ingilis ştammı ilə əlaqədar vəziyyətin daha da ağırlaşması və Emmanuel Makronun koronavirusla mübarizədə zəif fəaliyyəti bu ölkə xalqının kəskin narazılığına səbəb olub.

Həkimlər, xəstəxana rəhbərləri və fransız tibb işçilərinin nümayəndələri, xəstəxanaların ağır vəziyyətini nəzərə alaraq, hökumətə xəbərdarlıq edərək, ən tez bir zamanda karantin rejiminin tətbiq edilməsinə çağırıblar.

İngilis koronavirusunun geniş yayılması, xəstələrin sayının gündəlik artımı və xəstəxanaların acınacaqlı vəziyyəti Fransa xəstəxanalarında təhlükəli şərait yaradıb.

Belə bir vəziyyətdə,  Emmanuel Makron, gözləntilərin əksinə olaraq, məhdudiyyətləri azaltmağa üstünlük verib.

Fransa iqtisadiyyatı bu günə qədər koronavirusdan təxminən 800 milyard avro ziyan görüb.

Teqlər