Pentaqon Rusiya ilə nüvə müharibəsinin mümkünlüyünü bildirdi
ABŞ strateji komandanlığının rəhbəri admiral Çarliz Riçard Rusiya və ya Çin ilə nüvə müharibəsi ehtimalı barədə açıqlama verib.
SəhərAzəri xəbər verir ki, RİA Novosti Xəbər Agentliyinin məlumatınac əsasən, bu barədə ABŞ Hərbi Dənizçilik İnstitutunun rəsmi nəşrinin məqaləsində yazılıb.
Riçard Çarlz öz məqaləsində qeyd edir ki, SSRİ-nin dağılmasından bəri Pentaqon nüvə gücü ilə birbaşa hərbi qarşıdurma ehtimalını düşünmürdü, lakin hazırda vəziyyət dəyişib. Rusiya və ya Çin ilə regional böhranın nüvə silahının istifadəsi ilə tez bir zamanda münaqişəyə çevrilə biləcəyi real bir ehtimal var. Buna səbəb adi silahlardan istifadədən sonra məğlub olmaq və siyasi sistem və ölkəyə təhdiddir.
Məqalənin sonunda nüvə silahının ABŞ-ın mümkün rəqibləri tərəfindən istifadə edilməyəcəyi düşüncəsinin yalnış olduğunu bildirilir.