Fev 05, 2021 10:41 Asia/Baku
  • Dünyada COVID-19-a yoluxma halları otuz faiz azalıb

İnsanların bədənlərinin toxunulmazlığının artması səbəbindən dünyada COVID-19-a yoluxma halları otuz faiz azalıb.

SəhərAzəri xəbər verir, Amerikalı həkimlər deyirlər ki, hələ Amerikada və dünyanın bir çox nöqtəsində koronavirusa qarşı vaksinasiyanın geniş şəkildə həyata keçirilmədiyi və dünya əhalisinin təkcə bir tam onda beş faizindən azının peyvənd etdirdiyi bir şəraitdə belə bir dəyişikliyin baş verməsi, insanların bədənlərinin koronavirus qarşısındakı toxunulmazlığının artması və bu virusun keçmişdəki kimi sürətlə ötürülmə gücünün azalması deməkdir.

Tədqiqatçılar həmçinin deyirlər ki, keçmişdə koronavirusa yoluxmuş şəxslər bir müddət üçün toxunulmazlıq əldə edərək, ona yenidən yoluxma dövriyyəsindən çıxırlar. Buna görə, bu məsələ də qeyd olunan xəstəliyə yoluxmanın azalmasında rol oynayır.

Ümumdünya Səhiyyə Təşkilatı da təsdiq edibdir ki, son üç həftə ərzində koronavirusa yoluxma miqdarı təxminən otuz faiz azalıbdır. Bununla belə, bu təşkilat xəbərdarlıq edibdir ki, məhdudiyyətlərin hər cür azalması bu virusa yoluxmanın bir daha artmasına bais ola bilər.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanomun dediyinə görə, son bir ildə koronavirusa yoluxma hallarının azalmasından sonra ölkələrin məhdudiyyətləri götürdükləri zamanlar, koronavirus sürətlə geri dönübdür. Buna görə, bu işdən çəkinmək gərəkdir.

Teqlər