Fransada əczaçılıq sektoru işçilərindən bir qrupu aksiya keçirib
https://azeri.sahartv.ir/news/dünya-i372905-fransada_əczaçılıq_sektoru_işçilərindən_bir_qrupu_aksiya_keçirib
Fransada «Sanofi» əczaçılıq şirkətinin işçilərindən bir qrupu bu şirkətin laboratoriyasının binası önündə etiraz aksiyası keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 05, 2021 07:15 Asia/Baku
  • Fransada əczaçılıq sektoru işçilərindən bir qrupu aksiya keçirib

Fransada «Sanofi» əczaçılıq şirkətinin işçilərindən bir qrupu bu şirkətin laboratoriyasının binası önündə etiraz aksiyası keçirib.

SəhərAzəri xəbər verir, «Sanofi» əczaçılıq şirkətinin bir qrup işçisi dünən bu şirkətin Vitri-sür-Sen şəhərində yerləşən laboratoriyasının binası qarşısına toplaşaraq, Fransanın koronavirus epidemiyası ilə çarpışdığı bir şəraitdə, həmin şirkətdə işçilərin ixtisara salınmaları layihəsinə etiraz edib.

Aksiya iştirakçıları bildiriblər ki, koronavirus səbəbindən ölkədə minlərlə nəfərin həyatının təhlükədə olduğu bir halda, “Sanofi” şirkətinin müdirləri üçün mühüm olan yeganə şey, öz xərclərini azaltmaq üçün işçiləri ixtisara salmaqdır.

Bundan öncə də Fransada minlərlə tibb işçisi öz iş şəraiti, hüquq və məziyyətlərinin vəziyyətinə etiraz olaraq, paytaxt Parisin və bu ölkənin digər şəhərlərinin küçələrində nümayişlər təşkil etmişdi.

Fransanın səhiyyə işçiləri aylardır ki, bu cür aksiyalar keçirərək, öz iş şəraiti, hüquq və məziyyətlərinin vəziyyətinə etiraz edirlər.