Baydenin xarici siyasət planları
ABŞ prezidenti xarici siyasət barədəki ilk çıxışında elə bir halda Ağ Ev-in qarşıdakı dörd il üçün olan diplomatiyasının aşkar istiqamətlərini dilə gətirdi ki, Çin və Rusiya ilə qarşıdurma və sürətli addımlar onun sərlövhələrindən oldu. Belə görünür ki, hətta səudları sağmağın davam etdirilməsi üzrə yol da tamamilə açıq qaldı.
SəhərAzəri xəbər verir, Co Bayden ABŞ Dövlət Departamentinin binasında öz siyasətlərinin sərlövhələrini şərh etmək istəyərkən əvvəl Putinin sorağına getdi və belə dedi: Mən Trampın tayı deyiləm. Trampın özünə də dedim: Rusiya qarşısında tolerantlıq dövrü bitdi!
Amerika prezidenti xarici siyasət barədəki ilk çıxışında elə bir halda Ağ Ev-in qarşıdakı dörd il üçün olan diplomatiyasının aşkar istiqamətlərini dilə gətirdi ki, Çin və Rusiya ilə qarşıdurma və sürətli addımlar onun sərlövhələrindən oldu. O, xüsusən Rusiyanın kiber hücumları və ABŞ seçkilərinə müdaxiləsi ittihamından şikayətli idi.
Bayden sonra Çinin sorağına getdi. Brbaşa hücumlarda çinliləri ABŞ-ın iqtisadi düşmənləri və Pekini insan haqlarının pozulması amili adlandırdı. Hədələyərək bildirdi ki, onlara sərt cavab verəcək. Trampla fərqi bunda idi ki, o, beynəlxalq həmkarlıq istəyirdi.
Obamanın himayəsilə Yəmən müharibəsinin başlanmasından və minlərlə yəmənli mülkinin öldürülməsindən altı ilin keçdiyi indiki zamanda Bayden bu savaşın dayandırılmasını istədi. Hətta dedi ki, Amerikanın Ərəbistana olan bütün dəstəklərinə…….. o sıradan silah satışına son qoyacaq. Amma dərhal elə bir söz dedi ki, Ərəbistan böyük rəğbətlə onu qarşıladı.
Bayden dedi: Ərəbistan İranın himayəsi altında olan qüvvələrin raket-PUA hücumlarına məruz qalır və əlbəttə ki, biz, yəni Amerika, Ərəbistanın ərazi suverenliyini müdafiə etmək barədə öhdəlik götürmüşük.
O, nüvə anlaşması və Amerikanın öz öhdəliklərini yerinə yetirməyə qayıtması zərurəti barədə bir söz demədi. İran barədə də danışmadı.