ÜST mütəxəssisləri Çində işini yekunlaşdırır
https://azeri.sahartv.ir/news/dünya-i372945-Üst_mütəxəssisləri_Çində_işini_yekunlaşdırır
Yeni növ koronavirus infeksiyasının yaranmasının səbəblərini araşdırmaq üçün Çinə gedən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) beynəlxalq ekspertlərdən ibarət nümayəndə heyəti işini yekunlaşdırmaq üzrədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 06, 2021 05:42 Asia/Baku
  • ÜST mütəxəssisləri Çində işini yekunlaşdırır

Yeni növ koronavirus infeksiyasının yaranmasının səbəblərini araşdırmaq üçün Çinə gedən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) beynəlxalq ekspertlərdən ibarət nümayəndə heyəti işini yekunlaşdırmaq üzrədir.

SəhərAzəri xəbər verir ki, bu barədə  ÜST-ün eksperti Mariya van Kerkxove məlumat bildirib.

Onun sözlərinə görə, ekspertlər görülən işin nəticələri barədə ətraflı hesabat hazırlayacaq:

“Səfərin ardından hesabat hazırlanacaq, ancaq bütün suallara cavab verməyəcək. Bu, yalnız başlanğıcdır. Alınan cavablar yeni suallar doğurur. Buna görə mütləq əlavə araşdırmaya ehtiyacımız olacaq. Hesabat hazır olduqdan sonra dərc ediləcək və ictimaiyyətə təqdim ediləcək”.