Fransanın Bordo şəhərində yaşayış evində partlayış olub
https://azeri.sahartv.ir/news/dünya-i372967-fransanın_bordo_şəhərində_yaşayış_evində_partlayış_olub
Şənbə günü Fransanın Bordo şəhərinin mərkəzində yaşayış evində partlayış baş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 06, 2021 10:51 Asia/Baku
  • Fransanın Bordo şəhərində yaşayış evində partlayış olub

Şənbə günü Fransanın Bordo şəhərinin mərkəzində yaşayış evində partlayış baş verib.

SəhərAzəri APA-ya istinadən xəbər verir ki, BFM telekanalına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində ən azı 3 nəfər xəsarət alıb, 2 nəfər itkin düşmüş sayılır.

Yuxarı mərtəbədə baş verən partlayışın dalğasından yaxınlıqdakı mağazaların şüşələri sınıb.

Hadisə yerinə onlarla yanğınsöndürən maşın cəlb olunub, məhəllə polis tərəfindən əhatəyə alınıb.

Partlayışın səbəbi hələlik məlum deyil.