Fev 07, 2021 17:26 Asia/Baku
  • Çin məktəblərində mobil telefon qadağası

Çin hökuməti məktəblərdə uşaqların mobil telefondan istifadəsi qadağan edilib.

SəhərAzəri 525-ci qəzetə əsasən xəbər verir ki,Çin Təhsil Nazirliyi tərəfindən yayımlanan sənədə əsasən, bundan sonra uşaqlar yalnız ailələrinin yazılı icazəsi ilə məktəblərə telefon gətirə biləcəklər. Lakin şagirdlər məktəbə girəndə telefonlarını işçilərə təhvil verməlidirlər.  Qərarın uşaqların göz sağlamlığını təmin etmək və internet asılılığının qarşısını almaq, şagirdlərin dərslərinə fokuslanmasını təmin etmək üçün verildiyi bildirilib.

Nazirlik həmçinin müəllimlərdən uşaqlara mobil telefonlarında ev tapşırığı verməyi dayandırmalarını tələb edib.

Qeyd edək ki, Çin İnternet Şəbəkəsi Məlumat Mərkəzinin 2019-cu ildə yayımladığı məlumata görə, ölkədə 18yaşdan aşağı 175 milyon internet istifadəçisi var. Bunlardan 74 faizinin isə şəxsi telefonu var.

Teqlər