Fev 08, 2021 08:36 Asia/Baku
  • Baydenin Yəmən siyasəti nə vəd edir-TƏHLİL

Baydenin Yəmənlə bağlı siyasəti ABŞ-ın baş vermiş cinayətlərdə məsuliyyətini azalda bilməz

SəhərAzəri xəbər verir ki, ABŞ prezidenti Co Bayden fevralın 6-da Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiyanın altı ildir Yəməndə apardığı müharibədə verdiyi dəstəyi dayandırdığını elan edib.

O rəhbərlik etdiyi administrasiyanın xarici siyasətinin prioritetlərini açıqlayarkən bildirib ki, Yəmən müharibəsində Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiyaya verilən hərbi dəstəyi dayandırır.

Xatırladaq ki, ABŞ 2015-ci ildən bəri Yəmənə hücum edən Səudiyyə Ərəbistanına logistik və silah dəstəyi verib. Yəmənə qarşı müharibə minlərlə mülki insanın ölümünə və Yəmənin infrastrukturunun məhvinə səbəb olub. Beynəlxalq hüquq müdafiəçiləri bütün bunlara görə Yəməndə insan dramının yaşandığını deyirlər.

Yəmən Ali Siyasi Şurasının üzvü Məhəmməd Əl-Husi isə ABŞ-ın Yəmənə qarşı müharibəni dəstəkləməyi dayandıracağı iddiasına reaksiya göstərərək, deyib ki, Yəmənə qarşı mühasirəni bitirməyən hər hansı bir hərəkət nəzərə alınmayacaq. ABŞ sözdə yox, əməli ilə xoşməramlı olduğunu sübut etməlidir.

Yeri gəlmişkən bildirək ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri keçmişdə BMT-nin təşəbbüsü ilə əldə edilmiş razılaşmaların icrasına mane olmuşlar. Eyni zamanda sionist İsrail rejiminin də Yəməndə müharibə və böhranın həllini əngəlləmək üçün əlindən gələni etdiyi bildirilir. Ona görə ki, fitnəkar rejim Yəmən müharibəsi və regiondakı digər böhranların uzanmasını öz xeyrinə görür, İslam Dünyasının böhranlara batmasını arzulayır. Təfriqəçi rejimin siyasi dairələrində hesab edirlər ki, bu kimi böhranlar Fələstin məsələsinin arxa plana keçməsinə xidmət edir. Bu səbəbdən hücumçu və dəstəkçi tərəflərdən heç biri müharibənin dayandırılmasını istəmir, Bayden tərəfindən elan olunan siyasəti konstruktiv saymırlar. 

Burada müşahidəçiləri düşündürən mühüm məqam budur ki, ABŞ dövləti də Yəməndə törədilmiş faciələrə görə məsuliyyət daşıyır və Ağ Ev sahibinin dəyişməsi bu məsuliyyəti azalda bilməz.

Teqlər