Rusiya XİN avropalı diplomatların Rusiyadan çıxarılmasını şərh edib
https://azeri.sahartv.ir/news/dünya-i373035-rusiya_xİn_avropalı_diplomatların_rusiyadan_çıxarılmasını_şərh_edib
Rusiya Xarici İşlər Nazirliyi avropalı diplomatların Rusiyadan çıxarılmasını məcburi bir addım kimi qiymətləndirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 08, 2021 05:11 Asia/Baku
  • Rusiya XİN avropalı diplomatların Rusiyadan çıxarılmasını şərh edib

Rusiya Xarici İşlər Nazirliyi avropalı diplomatların Rusiyadan çıxarılmasını məcburi bir addım kimi qiymətləndirib.

SəhərAzəri xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya 1” telekanalına açıqlamasında deyib ki, Qərb ölkələri rəsmi Moskvanı məcbur edir ki, qanunsuz aksiyalarda iştirakına görə, Almaniya, İsveç və Polşa diplomatlarını Rusiyadan çıxarsın.

Söhbət İsveç və Polşanın Sankt-Peterburqdakı baş konsulluqlarının və Almaniyanın Moskvadakı səfirliyinin diplomatik heyətindən gedir.

Zaxarova deyib: "Təəssüf ki, biz sadəcə məcburiyyətində qaldığımız tədbirləri görməli oluruq”