Fev 08, 2021 08:54 Asia/Baku

Amerikalı sahibkar Bill Qeyts bəşəriyyəti gözləyən yeni qlobal təhlükənin mövcudluğu barədə xəbərdarlıq edib.

SəhərAzəri xəbər verir ki, Qeytsin sözlərinə görə, bəşəriyyət yeni təbii kataklizmlər gözləyir. "Koronavirus pandemiyası zamanı olduğu kimi, çoxsaylı insan qurbanları olacaq.

 iş adamı bununla bağlı iqlim dəyişikliyini və bioterrorizmi böyük təhlükə adlandırıb və deyib: Bütün bəşəriyyətə geniş ziyan vurmaq istəyən hər kəs yeni bir ölümcül virus yarada bilər.

Daha əvvəl Bill Qeyts COVID-19 pandemiyasında iştirakını təkzib edib. Sosial şəbəkələrdə və onlayn mediada onun pandemiyanın başlanğıcında iştirakı haqqında iddialar irəli sürülüb. Lakin Bill Qeyts bunları təkzib edib. Sahibkar bildirib ki, pandemiyada əli olması barədə fikirlər cəfəngiyyatdır.

Teqlər