“Bayden administrasiyası BMT İnsan Haqları Şurasına qayıdır”
ABŞ-ın eks-prezidenti Donald Trampın anti-sionist yanaşma bəhanəsi ilə ölkəsini BMT İnsan Haqları Şurasından çıxarması qərarından üç il sonra, yeni Vaşinqton administrasiyası yenidən şuraya qatılmaq niyyətindədir.
SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi bu gün (8 fevral) səhər verdiyi açıqlamasında, ABŞ-ın dövlət katibi Entoni Blinkenin BMT-nin İnsan Haqları Şurasına nəzarətçi üzv kimi qayıdacağını söylədiyini bildirib.
Adının çəkilməsini istəməyən ABŞ rəsmisi Reuters xəbər agentliyinə açıqlamasında bunları deyib: “(İnsan Haqları Şurası) ilə islahat və irəliləmənin ən effektiv yolunun prinsipial şəkildə onunla əlaqəli olduğunu bilməklə edirik.
Bu şuranın dünyadakı istibdad və haqsızlığa qarşı mübarizə aparanlar üçün əhəmiyyətli birlik olma potensialına sahib olduğunu bilirik. Masada oturmaqla bu potensialı reallaşdıra biləcəyindən əmin olaraq (İnsan Hüquqları Şurasını) islah etmək istəyirik”.
2018-ci ildə, ABŞ-ı beynəlxalq təşkilatlardan və razılaşmalardan kənarlaşdırmaq səyləri çərçivəsində Tramp, anti-sionist yanaşma bəhanəsi ilə yanaşı islahatların olmaması bəhanəsi ilə Vaşinqtona BMT İnsan Haqları Şurasından çıxmağı əmr etmişdi.