ABŞ senatı Trampın impiçmentinin keçirilməsinin qanuniliyinə səs verib
https://azeri.sahartv.ir/news/dünya-i373108-abŞ_senatı_trampın_impiçmentinin_keçirilməsinin_qanuniliyinə_səs_verib
ABŞ senatı 44 əleyhinə səs qarşılığında 56 lehinə səslə prezidentlik dövrünün başa çatdığı bir halda, Trampın impiçmenti iclasının keçirilməsinin qanuniliyinə səs verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 10, 2021 07:04 Asia/Baku
  • ABŞ senatı Trampın impiçmentinin keçirilməsinin qanuniliyinə səs verib

ABŞ senatı 44 əleyhinə səs qarşılığında 56 lehinə səslə prezidentlik dövrünün başa çatdığı bir halda, Trampın impiçmenti iclasının keçirilməsinin qanuniliyinə səs verib.

SəhərAzəri xəbər verir, bu səsvermədə bütün əlli demokrat senatordan əlavə, altı respublikaçı senator da prezidentlik dövrünün başa çatmasından sonra Trampın impiçmentinin keçirilməsinin qanuni olduğunu bildirib.

Senatın bu rəyinə əsasən, Trampın havadarlarının onun ikinci impiçmentiin keçirilməsini qanunsuz göstərmək üzrə səyləri uğursuz qalıb və impiçment prosesi davam edəcək.

Bu məhkəmə elə bir halda keçirilir ki, Donald Tramp hakimiyyətdən gedib, amma əsas məsələ, impiçmentin digər iclaslarında adi bir hal olan hakimiyyətdən kənarlaşdırılma deyil. Əsas məsələ, sonrakı illərdə Trampın siyasi həyatına son qoymaqdır.

Əgər Tramp müqəssir sayılarsa, həmişəlik olaraq, dövlət vəzifələrini tutmaqdan məhrum ediləcəkdir.