Fev 11, 2021 18:27 Asia/Baku
  • Qərblilərə ölkəmizə müdaxilə icazəsi verməyəcəyik

Rusiyanın Tehrandakı səfiri Qərbin ölkəsində səbatsızlıq yaratmaq üzrə səyini tənqid edərək, vurğulayıb: Onlara Rusiyanın daxili işlərinə müdaxilə icazəsi verməyəcəyik.

SəhərAzəri xəbər verir, Levan Caqaryan deyib: Təəssüflə, bəzi Qərb ölkələri, xüsusən Amerika/ onların oyuncağı olmaq istəməyən İran İslam Respublikası və Rusiya kimi ölkələrin və müstəqil cəmiyyətlərin daxili vəziyyətlərini səbatsızlaşdırmağa çalışırlar.

O, sonra söyləyib: Biz öz siyasətimizi yeridəcəyik. Onlar bizim və müstəqil ölkələrin daxili vəziyyətlərini səbatsızlaşdırmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər.

Rusiyanın daxili işlərinə bu kimi müdaxilələri rədd və onun qarşısının alınmasına təkid edən Caqaryan qərblilərə xitabən deyib: Onlara deyirik ki, rəftarları ikilidir və yaxşı olardı, baxıb görsünlər ki, öz ölkələrində nələr baş verir.

Teqlər