ABŞ Meksika sərhədindəki divar inşasının maliyyələşdirilməsini dayandırdı
https://azeri.sahartv.ir/news/dünya-i373163-abŞ_meksika_sərhədindəki_divar_inşasının_maliyyələşdirilməsini_dayandırdı
ABŞ hökuməti əvvəlki administrasiya tərəfindən Meksika sərhədində qanunsuz miqrantlara qarşı başlanmış divar inşasının maliyyələşdirilməsini dayandırıb və fövqəladə vəziyyəti ləğv edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 11, 2021 19:05 Asia/Baku
  • ABŞ Meksika sərhədindəki divar inşasının maliyyələşdirilməsini dayandırdı

ABŞ hökuməti əvvəlki administrasiya tərəfindən Meksika sərhədində qanunsuz miqrantlara qarşı başlanmış divar inşasının maliyyələşdirilməsini dayandırıb və fövqəladə vəziyyəti ləğv edib.

SəhərAzəri xəbər verir, Ağ Evin açıqlamasına görə, müvafiq sərəncam prezident Cozef Bayden tərəfindən imzalanıb.

Xatırladaq ki, Meksika sərhədində 2019-cu ilin fevral ayından tətbiq edilmiş fövqəladə vəziyyət federal büdcədən əlavə vəsait ayrılmasını asanlaşdırırdı.