Fev 13, 2021 10:12 Asia/Baku
  • Yaponların 60 faizi Yay Olimpiya Oyunlarının keçirilməsinə qarşıdır

Bir yapon mediası tərəfindən aparılan rəy sorğusu göstərir ki, bu ölkə vətəndaşları Yay Olimpiya Oyunlarının keçirilməsinə qarşıdırlar.

SəhərAzəri xəbər verir, "Jiji Press" xəbər agentliyinin apardığı rəy sorğusunun nəticələri göstərir ki, respondentlərin 60 faizdən çoxu yayda Tokio Olimpiya və Paralimpiya Oyunlarının keçirilməsinə dair hazırkı plandan narazıdırlar, respondentlərin 35,3 faizi isə Tokio oyunlarının koronavirus pandemiyası səbəbindən bir il müddətinə təxirə salınmalı olduğuna inanırlar, hal bu ki, 25,6 faiz bu oyunların ləğvini istəyirlər.

Qeyd edək ki, keçən ilin sonlarında oxşar bir rəy sorğusu aparılmışdı ki, ona əsasən, Yaponiya xalqının 50 faizdən çoxu bu oyunların yayda keçirilməsinə qarşı çıxıblar.

Görünür bazar gününə qədər, dörd gün müddətinə aparılan son rəy sorğusunun nəticələri keçən ay bu ölkədə koronavirusun kritik vəziyyətini və Tokio Oyunları təşkilat komitəsinin sədri Yoşiro Morinin gender açılamalarını əks etdirir.

Rəy sorğusunun nəticələrinə görə, respondentlərdən 34,4 faizi  oyunların eyni şəkildə keçirilməsi ilə razıdır, 11,9 faiz isə oyunların tamaşaçısız keçirilməli olduğu qənaətindədir.

Teqlər