Çin hərbi gəmilərin sayına görə, ABŞ-ı geridə qoydu
Fev 13, 2021 10:31 Asia/Baku
Hazırda Çin dünyanın ən böyük hərbi-dəniz qüvvələrinə malik ölkəsidir. O, 2020-ci il ərzində hərbi gəmilərin sayına görə ABŞ-ı qeridə qoymağı bacarıb.
SəhərAzəri xəbər verir, bunu “Hərbi icmalçı” adlı “Telegram” kanalının ekspertləri bəyan ediblər. Onların fikrincə, növbəti illərdə rəsmi Pekin yalnız öz üstünlüyünü möhkəmləndirəcək.
Qeyd edək ki, Pentaqon Çinin dünya okeanında üstünlüyünə yol verməməyə çalışır və bunu öz başlıca hədəflərindən biri hesab edir.