Fev 14, 2021 17:45 Asia/Baku
  • Trampın bəraəti Amerika tarixinin kədərli bir hissəsidir

ABŞ prezidenti Co Bayden, senatdakı impiçment məhkəməsi zamanı keçmiş prezident Donald Trampın bəraət almasına reaksiyada bildirib ki, Amerika tarixindəki bu kədərli hissə demokratiyanın lərzəyə gəldiyini göstərir.

SəhərAzəri xəbər verir ki, Belə bir halda, Amerikanın sabiq prezidenti Donald Tramp bu ölkə senatında bəraət aldıqdan sonra bir bəyanatda bildirib ki, «Amerikanı yenidən əzəmətli edək» hərəkatı təzə başlayıbdır.

Demokrat nümayəndələrin bu ölkənin sabiq prezidenti Donald Trampın impiçment məhkəməsində məhkum edilməsinin təhlükəsini göstərmək üzrə səylərinin uğursuz qalması ilə bir zamanda təhlükəsizlik ekspertləri Trampı impiçment edənləri hədələyən xətər barədə xəbərdarlıq ediblər.

Respublikaçı senatorlar elə bir halda öz partiyalarından olan sabiq prezidenti müdafiə ediblər ki, üç gün bundan öncə Amerikanın sabiq prezidentinin impiçmenti üzrə məhkəməni idarə edənlər onun himayədarlarının konqres binasına basqını, polis məmurlarına işgəncə vermələri və ABŞ-ın sabiq vitse-prezidenti də daxil olmaqla amerikalı məsul şəxslərin vahiməli surətdə qaçmaları barədə qəhərləndirici filmlər yayıblar.

Teqlər