Fev 14, 2021 19:16 Asia/Baku
  • Rusiyada mədən çökdü

Rusiyanın Kuzbas bölgəsinin Novokuznetsk şəhərində yerləşən mədən çöküb, 98 nəfər dağıntı altında qalıb.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi bir məlumatda bildirib  ki, Rusiyanın Kuzbas bölgəsinin Novokuznetsk şəhərində yerləşən mədənin çökməsi nəticəsində, 98 nəfər dağıntı altında qalıb. hadisə mədəndə qayanın çökməsi nəticəsində baş verib.

Əraziyə 24 xilasedici, 5 texnika cəlb olunub. Xilasedicilər 92 nəfəri səthə çıxarıb. Beş nəfər bərpa işlərini təmin etmək üçün mədəndə qalıb. Bir nəfərin öldüyü bildirilir.

Teqlər