Fev 14, 2021 19:25 Asia/Baku
  • Dünyada son sutkada 410 mindən çox koronavirusa yoluxma qeydə alındı

Dünyada son sutka ərzində 410 876 nəfər koronavirusa yoluxub, 12 958 nəfər ölüb.

SəhərAzəri xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 107 838 255 yoluxma hadisəsi, 2 373 398 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 50 faizdən çoxu Şimali və Cənubi Amerikanın (207 123) payına düşür. Digər yerləri isə Avropa (137 791) və Şərqi Aralıq dənizi bölgəsi (25 039) bölüşür.

Teqlər