Fev 19, 2021 11:36 Asia/Baku
  • ABŞ səfiri Con Sullivanın iddiası: ‘Navalnı Rusiyanın daxili işi deyil’

ABŞ-ın Rusiyadakı səfiri Con Sullivan iddia edib ki, Rusiya müxalifətçisi Aleksey Navalnının kimyəvi maddə ilə zəhərlənməsi və həbs edilməsi yalnız Moskvanın daxili işi ola bilməz.

SəhərAzəri xəbər verir, Sullivan bunu da bildirib ki, “Birləşmiş Ştatlar Rusiya ilə mübahisə qızışdırmaqda və ya adamları etirazlara sövq etməkdə maraqlı deyil”.

ABŞ səfiri habelə bildirib ki, Navalnının kimyəvi maddə ilə zəhərlənməsi və Rusiyanın da tərəf olduğu müqavilənin qadağan etdiyi zəhərdən istifadə edilməsi “Moskvanın daxili işi” olaraq qala bilməz.

Səfir deyib ki, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) fevralın 16-da Navalnının həbsinin qanunsuz olması barədə qərar çıxarıb və Rusiya bu məhkəmənin də üzvüdür.

Teqlər