Fev 20, 2021 20:10 Asia/Baku
  • Kabil partlayışlarında dörd nəfər həyatını itirıb

Əfqanıstanın paytaxtı Kabil şəhərinin üç müxtəlif nöqtəsində baş verən üç partlayış nəticəsində dörd nəfər ölüb, iki nəfər də yaralanıb.

SəhərAzəri xəbər verir, Kabil polis komandanlığının sözçüsü Ferdous Fəramərz bildirib ki, partlayışın biri, şəhərin üçüncü təhlükəsizlik rayonunun "Birlik Körpüsü" bölsəsində baş verib. Nəticədə iki nəfər ölüb.

Bu gün səhər Kabilin dördüncü və altıncı təhlükəsizlik rayonlarında baş vermiş iki partlayış nəticəsində isə iki nəfər həlak olub, daha iki nəfər isə yaralanıbdır.

İki gün əvvəl də Kabil şəhərində iki partlayış baş verdi ki, onlardan birində Kabil Universitetinin İslam elmləri fakültəsinin iki müəllimi həyatını itirdi.

Teqlər