Fev 21, 2021 15:05 Asia/Baku
  • Rusiya Yaxın Şərqə hər il 6 milyardlıq silah satır

Rusiya Yaxın Şərq və Şimali Afrika ölkələrinə 6 milyard dollar dəyərində hərbi təyinatlı məhsul satıb.

SəhərAzəri Axar-a istinadla xəbər verir ki,  bu barədə Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətdən məlumat verilib.

“Son beş ildə bölgəyə hərbi təyinatlı məhsulların ixracatı ildə 6 milyard dollar səviyyəsindən aşağı düşməyib və bu, ümumi ixrac həcminin təxminən 50 faizini təşkil edir”, - məlumatda qeyd olunub.

Teqlər