ABŞ-da "Boeing 777"nin mühərrikində yaranmış nasazlığın əsas səbəbi açıqlanıb
https://azeri.sahartv.ir/news/dünya-i373604-abŞ_da_boeing_777_nin_mühərrikində_yaranmış_nasazlığın_əsas_səbəbi_açıqlanıb
ABŞ-ın Denver şəhərində “Boeing 777” tipli sərnişin təyyarəsinin mühərrikinin örtük hissəsinin parçalanaraq yaşayış evlərinin üstünə düşməsi, ilkin ehtimal olaraq, mühərrikin hissələrində metalın köhnəlməsi ilə əlaqələndirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 23, 2021 06:45 Asia/Baku
  • ABŞ-da

ABŞ-ın Denver şəhərində “Boeing 777” tipli sərnişin təyyarəsinin mühərrikinin örtük hissəsinin parçalanaraq yaşayış evlərinin üstünə düşməsi, ilkin ehtimal olaraq, mühərrikin hissələrində metalın köhnəlməsi ilə əlaqələndirilir.

SəhərAzəri xəbər verir, bu barədə CBS telekanalı ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi üzrə Milli Şuranın (NTSB) sədri Robert Sumvalta istinadən məlumat yayıb.

Şura sədrinin sözlərinə görə, mühərrikdəki pərlərin iki bıçağı sınıb: onlardan biri – əsas pər, ikincisi isə ortada yerləşən pərdən qopub. Mühərrikin sınan hissələri təyyarənin gövdəsinə də ziyan vurub.

Hazırda şura pər bıçaqlarının nə qədər köhnəldiyini araşdırmağa çalışır.