İtaliyada yerləşən "Etna" vulkanı yenidən püskürüb
https://azeri.sahartv.ir/news/dünya-i373731-İtaliyada_yerləşən_etna_vulkanı_yenidən_püskürüb
İtaliyanın Siciliya adasında yerləşən "Etna" vulkanik dağı son səkkiz gün ərzində altıncı dəfə püskürüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 26, 2021 08:32 Asia/Baku
  • İtaliyada yerləşən

İtaliyanın Siciliya adasında yerləşən "Etna" vulkanik dağı son səkkiz gün ərzində altıncı dəfə püskürüb.

SaharAzeri xəbər verir, yerli rəsmilərin bildirdiklərinə görə, krater partlayışlarının yaratdığı tüstü və kül bir kilometr yüksəkliyə çatıb və bu, uçuşların təhlükəsizliyi üçün təhlükə yaradır.

İndiyədək bu vulkanik dağın püskürməsi, insan tələfatına gətirib çıxarmayıb, lakin ekspertlər ehtiyatlı olmaq barədə insanlara xəbərdarlıq ediblər.

"Etna" vulkanik dağında son vulkanik aktivlik bu ilin yanvar ayında qeydə alınıb.

İtaliyada yerləşən "Etna" vulkanik dağı dünyanın ən aktiv vulkanlarından biri hesab olunur.