ABŞ-da Təyyarə qəzası: 3 ölü
https://azeri.sahartv.ir/news/dünya-i373773-abŞ_da_təyyarə_qəzası_3_ölü
ABŞ-ın Holl dairəsində (Corciya ştatı) birmühərrikli təyyarə qəzaya uğrayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 27, 2021 06:47 Asia/Baku
  • ABŞ-da Təyyarə qəzası: 3 ölü

ABŞ-ın Holl dairəsində (Corciya ştatı) birmühərrikli təyyarə qəzaya uğrayıb.

SəhərAzəri modern.az-a istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər həlak olub.

Məlumata əsasən, Qeynsvil aeroportundan havaya qalxan təyyarə Deytona-Biç şəhərinə uçurmuş. Qəza yerinə gələn xilasedicilər hadisə yerində 3 nəfərin meyitini aşkarlayıblar.

Bildirilir ki, yanacaq sızması səbəbindən qəza yerinin yaxınlığında yerləşən bir yaşayış evinin sakinləri təxliyyə edilib.

Qəzanın səbəbi barədə məlumat verilmir.