Çində kimyəvi məhsullar zavodunda 5 nəfər zəhərlənmədən ölüb
https://azeri.sahartv.ir/news/dünya-i373841-Çində_kimyəvi_məhsullar_zavodunda_5_nəfər_zəhərlənmədən_ölüb
Çinin Cilin vilayətində kimyəvi lif istehsal edən müəssisədə baş verən qaz sızması nəticəsində 5 nəfər zəhərlənmədən ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 28, 2021 07:22 Asia/Baku
  • Çində kimyəvi məhsullar zavodunda 5 nəfər zəhərlənmədən ölüb

Çinin Cilin vilayətində kimyəvi lif istehsal edən müəssisədə baş verən qaz sızması nəticəsində 5 nəfər zəhərlənmədən ölüb.

SəhərAzəri Azərtaca istinadən xəbər verir ki, elektrik xəttində baş verən qısaqapanma müəssisədə enerji təchizatının dayanmasına, bu da öz növbəsində bəzi avadanlığın sönməsinə səbəb olub. Nəticədə qaz sızması yaranıb.

Hadisə nəticəsində zəhərlənən digər 8 nəfər isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri sabitdir.