Mart 10, 2021 16:05 Asia/Baku
  • Dünyada 690 milyon ac insan var, 931 milyon ton qida isə zibilə atılır

019-cu ildə planet sakinləri 931 milyon ton qidanı tullantı kimi zibilə atıb. Bu, BMT-nin Ətraf Proqramı (UNEP) və Britaniyanın “WRAP” ekoloji QHT-nin ortaq hesabatına əsasən, istehsal olunan bütün ərzaq məhsullarının 17%-ni təşkil edir.

SəhərAzəri "Əhli-beyt" internet qəzetinə istinadən xəbər verir ki, Əgər bütün atılan yeməklər, biri-birinə uc-uca dayanmış 40 tonluq yük maşınlarına yerləşdirilsə, bu zəncir yer üzünü yeddi dəfə dövr edə bilərdi.

Eyni zamanda, BMT-nin qeydlərinə əsasən, keçən il dünyada təxminən 690 milyon insan ac qaldı.Yemək tullantılarının 60%-dən çoxunun ev təsərrüfatlarının, 26%-nin iaşə sistemindən, 13%-nin pərakəndə satışdan edildiyi qeyd olunur.Beləliklə, 1 il ərzində bir nəfər üçün atılan 121 kiloqram qidadan 74 kiloqramı ev tullantılarına aiddir. Qida tullantıları getdikcə ciddi ekoloji problemə çevrilir.Mütəxəssislər, qlobal istixana qazı tullantılarının təxminən 8-10%-nin atılan qida ilə əlaqəli olduğunu ehtimal edir.

UNEP-in İcraçı direktoru İnqer Andersen bildirib ki, yeyilməmiş qida bir dövlət olsaydı, dünyada istixana qazı tullantılarında ABŞ və Çindən sonra üçüncü olardı.

Teqlər