Dünyada 105 milyondan çox insan aclıqdan əziyyət çəkir
“2020-ci ilin sonunda dünyada 88 milyon insan aclıqdan əziyyət çəkirdisə, proqnozlar 2021-ci ildə bu rəqəmin artacağını göstərir”.
SəhərAzəri xəbər verir, bunu BMT-nin Baş katibi Antonio Quterreş bildirib.
“2020-ci ilin sonunda 88 milyondan çox insan münaqişə və qeyri-sabitlik səbəbindən kəskin aclıqdan əziyyət çəkirdi - bu rəqəm bir ildə 20% artıb. 2021-ci il üçün proqnozlar qorxulu tendensiyanın davamını göstərir”- BMT Baş katibi fikirlərinə əlavə edib.
Onun sözlərinə görə, iqlim dəyişikliyi və yeni növ koronavirus infeksiyası vəziyyəti daha da ağırlaşdırır:
“Təcili addımlar atılmasa, milyonlarla insan həddindən artıq aclıq və ölüm həddində olacaq. Proqnozlar göstərir ki, aclıqdan əziyyət çəkən insanların sayı artmaqdadır. Bu vəziyyət Afrika buynuzu ölkələrində yayılır və Cənubi Sudan, Yəmən və Əfqanıstanda sürətlənir. 30 milyondan çox insanın 30-dan çox ölkədə aclıq həddinə düşməsinə yalnız bir addım qalıb. 150 mindən çox insan aclıqdan ölmək riski altındadır. Yəməndə 5 ildir davam edən münaqişə nəticəsində ümumilikdə 4 milyon insan öz evindən didərgin düşüb”.