Mart 12, 2021 14:38 Asia/Baku
  • ABŞ-ın keçmiş müdafiə nazirinin etirafı

ABŞ-ın keçmiş müdafiə naziri, Donald Trampın yanvarın altısında öz havadarlarını ABŞ konqresinin binasına hücuma təhrik etməsini etiraf edib.

SəhərAzəri xəbər verir ki, Amerikanın keçmiş prezidenti Donald Trampın sonuncu müdafiə naziri Kristofer Miller «Vays» xəbər portalı ilə müsahibədə deyib: Məsələ budur ki, görən, prezident çıxış etmədən, bir kəs konqres binasına doğru gedib, ona hücum edərdimi? Zənnimcə, tamamilə aydındır ki, Trampın çıxışı olmadan, belə bir hadisə baş verməzdi.

ABŞ-ın keçmiş müdafiə naziri «Sizcə, konqresə hücum məsələsində Tramp müqəssirdir, yoxsa yox?» sualına cavabda isə deyib: Trampın etirazçıların konqresə hücumundan bir neçə saat öncəki çıxışı ilə onu dinləyənlərin hərəkətləri arasında bir növ "səbəb-nəticə əlaqəsi" mövcuddur.

Tramp yanvarın altısında seçicilər kollegiyasının səslərin təsdiq olunması mərasiminin keçirilməsindən öncə bir daha seçki saxtakarlığı barədəki iddialarını irəli sürdü və havadarlarından istədi ki, konqres binasının yaxınlığına toplaşaraq, bu məsələyə etiraz etsinlər.

Sonrakı saatlarda Trampın havadarlarının konqres binasına basqın etmələri və binaya daxil olmaları, seçicilər kollegiyasının səslərin təsdiq olunması mərasiminin keçirilməsinin dayandırılmasına gətirib çıxardı.

Teqlər