Mart 14, 2021 14:10 Asia/Baku
  • ABŞ konqresmenləri konqresin ətrafında milli qvardiyanın iştirakına reaksiya veriblər

Milli qvardiyanın konqres binasının ətrafındakı iştirakının davam etməsinin elan olunması və ağır xərcin nəzərdə tutulmasının ardınca ABŞ konqresmenləri və senatorları Pentaqon-u tənqid ediblər.

SəhərAzəri xəbər verir, Martın on üçündə Amerika milli qvardiyası ofisinin, bu mərkəzin qüvvələrinin 521 milyon dollar xərclə may ayının ortalarınadək konqres binasının ətrafındakı iştirakının uzadılmasını elan etməsinin ardınca konqres və senatda hər iki partiyadan olan qanunvericilər belə bir hərəkətin davam etməsinin səbəbinin aydınlaşdırılmasını istəyiblər.

Bununla bağlı, respublikaçı senatorlar belə bir irixərcli qoşunkeşlik barədə qaneedici cavabın verilməsini tələb ediblər. Senatorlar onu «mövcud məlumatlarla mütənasib» saymayıblar.

Senatorlar Vaşinqton polis rəisi Yuqananda Pitmənə məktubda yazıblar: Böyük iftixarla xidmət edən bizim milli qvardiya qüvvələri qanun icrasının məmuru deyillər və biz konqresin mürəkkəb təhlükəsizliyinin davamlı şəkildə hərbiləşdirilməsinə sadiq olmayacağıq.

Teqlər