Şimali Koreya Biden rəhbərliyinə cavab vermədi”
Mart 14, 2021 18:29 Asia/Baku
Co Baydenin Şimali Koreya ilə danışıqlar aparmaq cəhdinə rəğmən, Pxenyan bu günə qədər cavab verməyib.
SəhərAzəri xəbər verir ki, Bayden hökumətinin yüksək vəzifəli rəsmilərindən birinin Reuters-ə verdiyi məlumata görə, fevralın ortalarından bəri, Nyu-York da daxil olmaqla, bir neçə kanal vasitəsilə Şimali Koreya hökumətinə müraciət etmək üçün səylər göstərildi, lakin bu günə qədər Pxenyandan bir cavab verilmədi.
Bayden administrasiyası rəsmisinin bildirdiyinə görə ABŞ-ın Tramp administrasiyasının son ayları da daxil olmaqla, çoxsaylı səylərinə baxmayaraq, bir ildən çoxdur ki Şimali Koreya ilə aktiv bir dialoqu yoxdur.