Mart 15, 2021 09:17 Asia/Baku
  • ABŞ-ın Çikaqo şəhərində sılahlı insident baş verib; ölü var

ABŞ-ın illinoys ştatının Çikaqo şəhərində gecə şənliklərinin birində silahlı insident baş varib; 4 nəfər ölüb, 27 nəfər isə yaralanıb.

SəhərAzəri xəbər verir ki, Çikaqo polisi atışmanın avtomobil təmiri sexi kimi istifadə edilən bir məkanda baş verdiyini bildirib.

Hücum edən şəxs və ya şəxslərini kimliyi, həmçinin motivasiyası və hadisənin detalları barədə hələ heç bir məlumat verilməyib.

ABŞ zorakılıq, girov götürmə və silahlı hücumlar dalğası ilə üz-üzədir. 

Hər il ABŞ-ın müxtəlif bölgələrndə minlərlə insan atışma nəticəsində ölür və ya yaralanır. Rəsmi statistikalara əsasən, ABŞ-da təxminən 270-300 milyon odlu silah vardır; bu da o deməkdi ki,  bu ölkədə adambaşına bir silah var.

Teqlər