Antonio Quterres: “Media və bəzi dövlət rəsmiləri müsəlmanlara qarşı qərəzliliyi artırır”
https://azeri.sahartv.ir/news/dünya-i374603-antonio_quterres_media_və_bəzi_dövlət_rəsmiləri_müsəlmanlara_qarşı_qərəzliliyi_artırır
BMT-nin baş katibi Antonio Quterres medianın və bəzi güc sahibi insanların müsəlmanlara qarşı qərəzli mövqelərini artırdığını söyləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 18, 2021 16:10 Asia/Baku
  • Antonio Quterres: “Media və bəzi dövlət rəsmiləri müsəlmanlara qarşı qərəzliliyi artırır”

BMT-nin baş katibi Antonio Quterres medianın və bəzi güc sahibi insanların müsəlmanlara qarşı qərəzli mövqelərini artırdığını söyləyib.

SəhərAzəri -  Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Quterres İslam Əməkdaşlıq Təşkilatının (İƏT) beynəlxalq islamofobiya ilə mübarizə günü münasibətilə təşkil etdiyi ən yüksək səviyyəli onlayn tədbirdə çıxış edib.

 BMT İnsan Haqları Şurasının hesabatında müsəlmanlara qarşı nifrət və ayrıseçkiliyin epidemiya səviyyəsində artdığını vurğulayan Quterres, müsəlman qadınların cinsi, etnik mənşəyi və inanclarına görə 3-qat daha çox ayrı-seçkiliyə məruz qaldıqlarını qeyd edib.

 “Təəssüf ki, media və bəzi iqtidarda olanlar müsəlmanlara qarşı qərəzlərini artırırlar”, - deyə Quterres bildirib.

 Müsəlmanlar əleyhinə təəssübkeşliyin qlobal miqyasda artan etnik millətçilik və neo-nasizm kimi, digər tendensiyalarla paralel olduğunu vurğulayan Quterres, belə deyib: “Unutmayın ki, rəsmi statistikada bir çox dözümsüzlük görünməyə bilər, ancaq bu hərəkətlər insanların ləyaqətinə və ümumi insanlığımıza xələl gətirir”.