Mart 20, 2021 19:31 Asia/Baku
  • ABŞ-da gecə klubunda atəş açılıb, 1 nəfər ölüb, 5 nəfər yaralanıb

Naməlum şəxs ABŞ-ın Dallas şəhərində gecə klubunda atəş açıb.

SəhərAzəri xəbər verir ki, “Associated Press” Texas ştat polisinə istinadən 1 nəfərin öldüyü, 5 nəfərin yaralandığı barədə məlumat yayıb.

İlkin məlumata əsasən, kluba gələn ziyarətçilər arasında dava-dalaş baş verən zaman atəş açılıb. Atəş açan şəxs hadisə yerindən qaçıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis hazırda atəş açan şəxsi axtarır.

 

Teqlər