Mart 24, 2021 15:49 Asia/Baku
  • Süveyş Kanalı bağlanıb

Süveyş kanalında böyük bir yük gəmisinin yoldan çıxması nəticəsində Qırmızı dənizlə Aralıq dənizini bir-birinə bağlayan bu boğazda dəniz nəqliyyatı tamamilə dayandırılıb.

SəhərAzəri xəbər verir ki, Təxminən 220 min ton çəkisi və 400 metr uzunluğu olan "EverGreen" gəmisi Süveyş kanalından keçərkən, problemlə üzləşib və bu boğazın bağlanmasına səbəb olub. Bu gəmi Çindən, Rotterdam istiqamətində yola düşüb və onun maliki Panamada qeydiyyatdan keçən Tayvanın "EverGreen" nəqliyyat şirkətidir.

Misir rəsmiləri gəmini azad etmək üçün bir neçə dəfə səy göstəriblər, lakin istifadə etdikləri yedəklər olduqca qeyri-kafi və kiçik olub. Deyilənlərə görə, bəzi gəmilər qədim marşuruta üz tutublar, bəziləri də "Ümid Burnu"na doğru yollarını dəyişdiriblər və bir çox gəmi bağlanan marşurutda qalıb və yolun açılmasını gözləyir.

Tayvan gəmisinin probleminin səbəbi hələ ki açıqlanmayıb, lakin "EverGreen" şirkəti verdiyi açıqlamada, güclü küləyin gəminin istiqamətini  dəyişdirdiyini və onun alt hissəsinin kanalın dibinə dəydiyini söyləyib.

Süveyş kanalı 200 kilometr uzunluğu ilə süni və insan əli ilə açılan bir kanaldır ki, Asiya və Avropa arasındakı dəniz nəqliyyatı marşurutunu qısaldır.

Teqlər