Mart 26, 2021 11:47 Asia/Baku
  • Milyonlarla amerikalını öz kirayə evindən qovulmaq təhlükəsi gözləyir

ABŞ prezidenti bu ölkə hökumətinin əsas problemini vətəndaşlar üçün sülh və təhlükəsizliyin təmini adlandırıb.

SəhərAzəri xəbər verir ki, Co Bayden öz prezidentlik dövrünün ilk mətbuat konfransında etiraf edib ki, hələ Amerika xalqının böyük bir hissəsi öz işinə geri dönmək imkanı əldə etməyib və onların bir çoxu bu məsələdən ziyan çəkir.

O, belə vəd edib: Mənim prezidentliyimin ilk yüz günündə iki yüz milyon amerikalı koronavirusa qarşı vaksinasiya olunacaq.

Amerika prezidenti bu mətbuat konfransı zamanı koronavirus pandemiyasının iqtisadi nəticələrinə təkid edərək, deyib: Hal-hazırda milyonlarla amerikalı ev kirayəsini ödəmək qüdrətinə malik olmadığı üçün öz kirayə evindən qovulmaq təhlükəsi qarşısındadır.

Bayden sonra deyib: Bizim əsas problemimiz, vətəndaşlar üçün sülh və təhlükəsizliyin təminidir. Respublikaçılar qərara gəlmədirlər ki, bizimlə əməkdaşlıq etməyə hazırdırlar, yoxsa ölkənin parçalanması üzrə öz yollarını davam etdirəcəklər?

ABŞ prezidenti həmçinin söyləyib: Tramp hökuməti sərhədlərdə mövcud olan mərkəzlərdən mühacir uşaqların çıxarılması üçün lazımi maliyyə mənbələrini təmin etmədi.

Co Bayden daha sonra deyib: Amerika xalqına verdiyim bütün vədləri yerinə yetirmək istəyirəm. Mühacir uşaqları sərhədlərdə buraxa bilmərik ki, aclıqdan ölsünlər və bu işi yalnız Tramp hökuməti görübdür.

Co Baydenin prezidentlik dövrünün başlanması ilə mühacirlik ilə bağlı qanunların islah edilməsinə rəğmən, Amerika-Meksika sərhədində mühacirət böhranı hələ də davam edir.

Teqlər