Rusiyada novruz şənliyi keçirilib
«Rusiya qövmləri və milliyyətlərinin məsələləri» şurası novruz bayramı münasibətilə müxtəlif etnik qrupların iştirakı ilə bir şənlik keçirib.
SəhərAzəri xəbər verir ki, Mərasim dünən video-konfrans formatında musiqi proqramı kimi həyata keçirilib. Tədbirdə Rusiyada yaşayan ondan yuxarı etnosun nümayəndələri, öz musiqi alətləri ilə proqramlar icra ediblər. Mərasim online şəkildə YouTube-də yayımlanıb.
Rusiya prezidentinin nəzarəti altında fəaliyyət göstərən «Rusiya qövmləri və milliyyətlərinin məsələləri» şurasının üzvü İsmayıl Şabanov belə deyib: Novruz şənliyini Rusiyada nəinki 20 milyon nəfərdən çox olan müsəlmanlar, həm də çox sayda ruslar da rəğbətlə qarşılayırlar.
İran İslam Respublikasının Rusiyadakı səfirliyi də Moskvada yerləşən islami mərkəzdə əzəmətli şənlik və rəngarəng mədəni-bədii proqramlarla bu şəhərdə yaşayan iranlılara ev sahibliyi edib.
Qədm novruz mərasimi Rusiyanın müxtəlif bölgələrində, xüsusən müsəlman sakinli nöqtələrdə geniş surətdə bayram edilir və bu ölkə sakini olan müsəlman qövmlər özlərinin xas adət-ənənələri ilə onu qeyd edirlər.