Bayden Trampın yolunu davam etdirir
ABŞ-ın yeni prezidenti özünün ilk mətbuat konfransında elə Trampın yol-yolağını öz işinin sərlövhəsi qərar verib.
SəhərAzəri xəbər verir ki, Trampın yolu ilə irəliləmək Baydenin mətbuat konfransının yekunu olub.
Bir saatlıq görüşdə xalqa vaksin istehsalının artırılacağı vədini verdi, amma koronavirusdan ölənlərin barəsində bir söz demədi. Sonra Bayden bir müxbirin/ jurnalistlərin sərhəddə uşaqların düşərgəsinə baxış keçirmələrinin dəqiq zamanına dair sualına münasib cavab vermədi.
O, öz seçki vədlərinin əksinə olaraq, etiraf etdi ki: Silah və mühacirət problemi uzun zaman və uzunmüddətli siyasət tələb edir.
Onun statistika və göstəriciləri mətbuat konfransının zamanıın böyük bir hissəsini tutdu.
O, su şəbəkəsi borularının, körpülərin və şose yollarının vəziyyətini yaxşı saymadı və daxili məsələ və problemlərə toxundu.
Amerikanın ən qoca prezidenti bəlkə də öz sağlamlığı barədəki söz-söhbəti zərərsizləşdirmək üçün dedi ki, növbəti mərhələdə də prezidentliyə namizəd olmaq istəyir.
«Ola bilər ki, Trampla mübarizə aparsın, yoxsa yox?» sualı barədə bir söz demədi…. Və konqresdəki respublikaçıların kəskin fikirlərinə işarə ilə/ onları təfriqələri şiddətləndirməkdə və paçalanmaya cəhddə ittiham etdi.
Mövzu xarici siyasətlərə çatanda, ABŞ qüvvələrinin Əfqanıstandan çıxmalı olduqları bir halda, yeni bir söz söylədi. Dedi ki, Amerika texniki səbəblərə görə, hələlik bu vədi həyata keçirməyəcək.
Bayden Amerikanın xarici siyasəti haqda belə dedi: Amerika hal-hazırda Əfqanıstandan çıxmaq fikrində deyil.
O, ölkəsinin əsas problemini Şimali Koreya adlandırdı və qeyd etdi ki, Çinin dünyanın ən nüfuzlu, ən zəngin və ən güclü ölkəsi olmasına icazə verməyəcək.
Bayden nüvə anlaşması və İran barədə heç nə demədi.